BAKI, 19 mart. TELEQRAF
İran yeni hücumlar olacağı təqdirdə ABŞ, İsrail və onların müttəfiqlərinin Yaxın Şərqdəki enerji obyektlərinə daha güclü zərbələr endirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayıb.
Bildirilib ki, İranın enerji infrastrukturuna qarşı hücumların təkrarlanacağı halda cavab tədbirləri daha sərt olacaq və zərbələr dayandırılmadan davam etdiriləcək.
Qeyd olunub ki, ABŞ və sionist təcavüzkarlar böyük səhvə yol veriblər və artıq cavablarını alıblar. Əgər bu addımlar təkrarlanarsa, növbəti zərbələr daha dağıdıcı olacaq.