BAKI, 19 mart. TELEQRAF

İsrail ordusu fevralın 28-dən bəri ilk dəfə olaraq İranın şimal bölgəsində yerləşən hədəflərə zərbələr endirməyə başlayıb.

Teleqraf xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri “Şir nəriltisi” əməliyyatı çərçivəsində bu istiqamətdə ilk dəfə hücum həyata keçirib.

Bildirilib ki, zərbələr İsrail Hərbi Dəniz Qüvvələri və İsrail Müdafiə Ordusunun kəşfiyyat məlumatları əsasında həyata keçirilib.