BAKI, 18 mart. TELEQRAF

İran Səhiyyə Nazirliyinin məlumatına görə, ABŞ-İsrail müharibəsində 20 617 iranlı yaralanıb.

Teleqraf "Tasnim"ə istinadən xəbər verir ki, hazırda 1111 nəfər xəstəxanaya yerləşdirilib, 19506 nəfər isə evə buraxılıb.

ABŞ və İsrailin İrana hücumları nəticəsində 227 qadın və 206 azyaşlı həlak olub. 5 yaşdan kiçik 13 uşaq həlak olub, 2 yaşdan kiçik 51 uşaq yaralanıb. 18 yaşdan kiçik itkilərin ümumi sayı 1401 olub.

Azı 18 səhiyyə işçisi həlak olub, 101 tibb işçisi isə yaralanıb.