BAKI, 19 mart. TELEQRAF

Qətər Xarici İşlər Nazirliyi İranın Ras-Laffan sənaye zonasına endirdiyi zərbələri regionda mövcud qarşıdurmanın eskalasiyası kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin xarici siyasət idarəsi bəyanat yayıb.

Bildirilib ki, İranın Ras-Laffan sənaye şəhərinə hücumları ölkənin suverenliyinin pozulması və milli təhlükəsizliyə təhdid hesab olunur.

Qeyd olunub ki, Qətər beynəlxalq hüquqa uyğun şəkildə cavab vermək hüququnu özündə saxlayır və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımları atacaq.