BAKI, 18 mart. TELEQRAF
İsrail Livanda Litani çayı üzərində daha iki körpüyə avia-zərbə endirərək yararsız hala salıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katza bildirib
"Litani çayı üzərindəki körpülərdən silah qaçaqmalçılığı və Hizbullah döyüşçülərinin cənubi Livana daşınması üçün istifadə edilirdi" - nazir bildirib.
İsrail Müdafiə Qüvvələri ötən həftə Litani çayı üzərində ilk körpünü dağıtmışdı.