BAKI, 19 mart. TELEQRAF
İran yeni hücumlar olacağı təqdirdə ABŞ, İsrail və onların müttəfiqlərinin Yaxın Şərqdəki enerji obyektlərinə daha sərt zərbələr endirəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu açıqlama yayıb.
Bəyanatda bildirilir ki, İranın enerji infrastrukturuna qarşı hücumlar təkrarlanacağı halda cavab zərbələri daha genişmiqyaslı və dağıdıcı olacaq.
“Amerikalı və sionist təcavüzkarlar! Siz İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə böyük səhvə yol verdiniz və cavabınızı artıq aldınız. Bu təkrarlanarsa, sizin və müttəfiqlərinizin enerji obyektlərinə qarşı hücumlar tam məhvinə qədər davam edəcək və cavabımız indiki zərbələrdən qat-qat sərt olacaq”, – deyə bəyanatda vurğulanıb.