BAKI, 16 mart. TELEQRAF
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-nin Hörmüz boğazının açılması əməliyyatına donanma göndərmək tələbini rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Almaniya rəsmisi qeyd edib ki, Almaniya İranla müharibəyə başlamayıb. Berlin münaqişəni siyasi və diplomatik yollarla həll etmək istəyir və Hörmüz boğazına hərbi gəmilərin göndərilməsi buna kömək etməyəcək.
Pistorius qeyd edib ki, Amerikalılar israillilərlə birlikdə bu yolu seçiblər: "Biz bunu yalnız çox ehtiyatla tənqid etdik. Lakin növbəti addım bizi bu münaqişəyə sürükləyə bilər".
Onun sözlərinə görə, Almaniya NATO-nun şərq cinahı və Atlantik okeanı üçün məsuliyyət daşıyır. Nazir əlavə edib ki, digər bölgələrdə müəyyən hərəkətlərin həyata keçirilməsi ilə bağlı qərarlar hər bir hal üçün ayrıca verilə bilər və ya verilməyə bilər.