BAKI, 16 mart. TELEQRAF

İran İsraildəki raket anbarlarına, Qətərdəki ABŞ hərbi bazasına və İraq Kürdüstanındakı İran əleyhinə qrupların mövqelərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: "Əməliyyat zamanı Xorrəmşəhr, Emad və Qədər yüksək dəqiqlikli super ağır raket sistemləri aşağıdakı hədəflərə dəqiq zərbələr endirib: İsrailin Cənub Logistika Komandanlığı, İsrail silah şirkəti Rafaelin strateji raket anbarı və Qətərdəki Amerika Əl-Udeid hərbi bazası".

Qeyd olunur ki, eyni zamandaİslam İnqilabı Keşikçiləri Korpusunun pilotsuz bölmələri Ərbildə hökumət əleyhinə silahlı qrupların mövqelərinə bir sıra güclü zərbələr endirib.