BAKI, 16 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton çox tezliklə Kuba ilə razılaşma əldə edə bilər.

Teleqraf xəbər verir ki, Trampın sözlərinə görə, əgər belə bir razılaşma əldə olunmasa, ABŞ Kuba ilə bağlı etməli olduğu addımları atacaq.

“Ya çox tezliklə razılaşma əldə edəcəyik, ya da etməli olduğumuzu edəcəyik”, - deyə ABŞ lideri bildirib.

Məlumatda qeyd olunur ki, mövzu ilə bağlı əlavə təfərrüatların açıqlanacağı gözlənilir.