BAKI, 16 mart. TELEQRAF
ABŞ İran ərazisində pilotsuz uçuş aparatlarının istehsal edildiyi mərkəzlərə zərbələr endirməyə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Tramp jurnalistlərlə söhbəti zamanı bildirib ki, ABŞ ordusu İranın pilotsuz aparat istehsal etdiyi güman edilən obyektləri hədəfə alır.
“Dünəndən etibarən onların pilotsuz aparat istehsal etdiyini düşündüyümüz nöqtələrə zərbələr endiririk. Bu müəssisələrin əksəriyyətinin harada yerləşdiyini bilirik”, - deyə ABŞ prezidenti qeyd edib.
Tramp bu açıqlamanı Florida ştatının Uest-Palm-Biç şəhərindən Vaşinqtona uçarkən təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. ABŞ prezidenti həftəsonunu Floridadakı Mar-a-Laqo iqamətgahında keçirib.