BAKI, 14 mart. TELEQRAF
İranın mərkəzində yerləşən Markəzi əyalətinə edilən hava hücumu nəticəsində altı nəfər həyatını itirib.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, təxminən bir saat əvvəl Markəzi əyalətinin Xizab-Xomeyn yaşayış məntəqəsi raket hücumuna məruz qalıb.
Bildirilir ki, bombardman nəticəsində daha yeddi nəfər yaralanıb.