BAKI, 13 mart. TELEQRAF

"Həmrəylik səfəri" çərçivəsində Beyruta gələn BMT-nin baş katibi Antonio Quterreş Livan üçün 308 milyon dollarlıq təcili humanitar yardım kampaniyasının başlandığını elan edib.

Teleqraf xəbər verir ki, o, Baş nazir Nəvaf Salamla görüşdən sonra keçirilən mətbuat konfransında bu barədə məlumat verib. Qeyd edib ki, vəsait müharibənin nəticələrinin aradan qaldırılmasında Livana lazım olacaq: "Sözdə həmrəylik əməldə həmrəyliklə uzlaşmalıdır. Livan əhalisinin yeddidə birini təşkil edən 800 mindən çox insan döyüşlər nəticəsində öz yurd-yuvasından didərgin düşüb".