BAKI, 13 mart. TELEQRAF
Martın 13-də İran İsrailin Təl-Əviv, Hayfa, Eylat şəhərlərinə, Bəhreyn və İraqdakı ABŞ bazalarına, "Avraham Linkoln" təyyarədaşıyan gəmisinə hücumlar edib.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü Xatəm əl-Ənbiya bildirib.
Onun sözlərinə görə, "Gerçək Vəd 4" əməliyyatının 43-cü mərhələsində ABŞ-nin bölgədəki bazalarına, Tel-Əvivin mərkəzinə zərbələr endirilib.
"Əməliyyat zamanı yüksək dəqiqlikli "Xorrəmşəhr", "Xeybərşəkan", "Fəttah", "Emad", "Qədr" raketləri və hücum dronlarından istifadə edilib. ABŞ-nin təyyarədaşıyan gəmisi olan "Avraham Linkoln" SEPAH tərəfindən yararsız hala salınıb", - deyə Xatəm əl-Ənbiya brifinq zamanı bildirib.
SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı general Məcid Musəvi isə bildirib ki, İran münaqişənin başlanğıcından bəri İsrail ərazisinə ən ağır raket hücumu həyata keçirib.
"İsraildəki hədəflərə 1-2 ton arasında çəkidə 30 ədəd ballistik raket atılıb. Bu əməliyyat zamanı İsrail rejiminin vacib hava müşahidə sistemləri sıradan çıxarılıb. Bu, İranın ən güclü hücumu idi. İndi İsrail səmasının başqa bir hissəsi bizim nəzarətimizdədir"