BAKI, 14 mart. TELEQRAF
İran Amerika və İsraillə sona qədər döyüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd olunub.
İran dövlət televiziyası bəyanatdan sitat gətirib: "Şər amerikalı və sionist komandirlər! Cənnət və Yer üzü sizə qarşı müdafiəsiz hala gəlib və cəhənnəm qapıları sonuncu cinayətkar uşaq qatili öldürülənə qədər bağlanmayacaq".
Şiə təşkilatı Hizbullah da İsrailə qarşı sona qədər müharibə aparacaqlarını açıqlaylb. Hərəkatın baş katibi Şeyx Naim Qasım 1979-cu ildən bəri İranın təşəbbüsü ilə fələstinlilərlə həmrəylik məqsədilə keçirilən Əl-Qüds Günü (Qüds Günü) münasibətilə televiziya ilə yayımlanan müraciətində bildirib:
"Biz uzunmüddətli hərbi qarşıdurmaya hazırlaşmışıq və düşmən bizim gücümüzü görəcək, onun təhdidləri bizi qorxutmayacaq".
Qasim Livan hökumətinin suverenliyini bərpa etməkdə və vətəndaşlarını qorumaqda uğursuz olduğunu iddia edib: "Livanlıların silahlı müqavimətdən başqa çarəsi yoxdur və hökumət sülh danışıqlarına hazır olduğunu bəyan edərkən İsrailə pulsuz güzəştlər etməyi dayandırmalıdır".