BAKI, 13 mart. TELEQRAF

Donald Tramp ABŞ-nin Kuba ilə danışıqlar apardığını və liderlərin asanlıqla razılığa gələcəyini bildirib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

"ABŞ Prezidenti Havana ilə danışıqların davam etdiyini təsdiqləyib" - açıqlamada qeyd olunur.

Kuba Prezidenti Miguel Diaz-Canel daha əvvəl Trampın tətbiq etdiyi neft embarqosunun ölkədə iqtisadi böhranı daha da şiddətləndirdiyini və bu üzdən Vaşinqtonla danışıqlara başladığını açıqlayıb.