BAKI, 11 mart. TELEQRAF

ABŞ hökuməti hesab edir ki, İran və onun Yaxın Şərqdəki qrupları İraqın neft və qaz sektorunda fəaliyyət göstərən Amerika müəssisələrinə qarşı hücumlar həyata keçirə bilər.

Teleqraf xəbər verir ki, ABŞ-nin Bağdaddakı səfirliyi tərəfindən verilən xəbərdarlıqda deyilir: "İran və İranla əlaqəli terrorçu qruplar İraqda ABŞ-yə məxsus neft şirkətlərini və enerji infrastrukturunu hədəf almağı planlaşdıra bilərlər. İranla əlaqəli terrorçu milislər həmçinin İraqdakı otelləri, o cümlədən amerikalıların tez-tez qaldığı İraq Kürdüstanındakı otelləri hədəfə alırlar".

Xəbərdarlıqda Amerika vətəndaşlarının İraqı mümkün qədər tez tərk etmələri tövsiyə olunur.