BAKI, 11 mart. TELEQRAF

İranın Minab şəhərində qızlar məktəbinə edilən hücuma görə məsuliyyəti ABŞ daşıyır.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti ABŞ hərbi istintaqının ilkin nəticələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, məktəbə raket zərbəsi "Tomahavk" vasitəsilə ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) təqdim etdiyi köhnəlmiş kəşfiyyat məlumatları əsasında endirilib.

Qeyd edək ki, fevralın 28-də İran cənubundakı Minab şəhərindəki qızlar məktəbinin raketlə vurulması nəticəsində 175 nəfər həlak olub. Ölənlərin əksəriyyəti şagird, valideyn və müəllimlər olub.

Hücum zamanı Daha 95 nəfər yaralanıb.

ABŞ Prezidenti Donald Tramp hücuma görə İran ordusunu günahlandırıb.