BAKI, 10 mart. TELEQRAF
Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığını konstruktiv adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Dmitriyev “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, liderlər arasında telefon danışığı təxminən bir saat davam edib.
Dmitriyev bildirib ki, danışıq zamanı Ukrayna və İran münaqişələrinin nizamlanması ilə bağlı mümkün həll yolları müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiya və ABŞ liderləri İran, Ukrayna və digər beynəlxalq məsələlər ətrafında müzakirələr aparmışdı.