BAKI, 10 mart. TELEQRAF
İsrail və ABŞ İranın mərkəzi və şimal bölgələrində bir neçə əraziyə hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, bombardman nəticəsində Tehranın bəzi rayonları, həmçinin İsfahan, Kərəc və Təbriz şəhərləri hədəfə alınıb.
Hücumlar nəticəsində dəyən zərər və mümkün itkilərlə bağlı hələlik məlumat verilməyib.