BAKI, 10 mart. TELEQRAF
İsrail ordusu Tehranda hədəflərə qarşı yeni genişmiqyaslı zərbələr seriyasına başladığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı açıqlamada bildirilib.
Məlumata görə, hücumlar İran paytaxtında yerləşən müəyyən hədəflərə qarşı həyata keçirilir.
Hadisə ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağı qeyd olunur.