BAKI, 10 mart. TELEQRAF
İsrail hakimiyyəti mülki əhali üçün tətbiq edilən məhdudiyyətlərin müddətini martın 14-dək uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İran ətrafında yaranmış vəziyyətlə bağlı tətbiq olunan məhdudiyyətlər ölkənin Daxili Cəbhə Komandanlığının qərarı ilə Moskva vaxtı ilə saat 21:00-dək, martın 14-nə qədər qüvvədə qalacaq.
Qərara əsasən, 50 nəfərdən çox insanın iştirak etdiyi toplantılar və təhsil fəaliyyəti qadağan edilib.
Bundan əlavə, yalnız sığınacaqlara çıxışı olan müəssisələrin fəaliyyət göstərməsinə icazə verilir.