BAKI, 9 mart. TELEQRAF

Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub.

Liderlər ilk növbədə İran ətrafındakı vəziyyəti və Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Putinin Rusiya qoşunlarının Ukraynada "uğurlu irəliləyiş" əldə etdiyini və məqsədin Kiyevi danışıqlara təşviq etmək olduğunu Trampın diqqətinə çatdırıb.

Liderlər neft bazarındakı vəziyyəti də müzakirə ediblər.