BAKI, 8 mart. TELEQRAF
Çin və Hindistan BRİKS platformasında qarşılıqlı dəstək göstərərək məsuliyyətli əməkdaşlıq etməlidir.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Naziri Van İ Pekində keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, hər iki ölkə BRİKS çərçivəsində əməkdaşlığı gücləndirməli və təşkilatın fəaliyyətinə daha fəal töhfə verməlidir.
“Çin və Hindistan BRİKS-də sədrliyimiz dövründə məsuliyyətli mövqe nümayiş etdirməli və bir-birinə dəstək olmalıdır. Bu il sədrliyi Hindistan, gələn il isə Çin həyata keçirəcək”, - deyə Van İ bildirib.
O vurğulayıb ki, Pekin və Nyu-Dehli BRİKS çərçivəsində əməkdaşlığı genişləndirərək qlobal Cənub ölkələri üçün yeni ümid yaratmalıdır.