BAKI, 4 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin zəruri hallarda Hörmüz boğazında tankerləri müşayiət etməyə başlayacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp özünün "Truth Social" şəbəkəsində yazıb: "Lazım gələrsə, ABŞ Hərbi Dəniz Qüvvələri çox yaxın gələcəkdə tankerləri Hörmüz boğazından keçirməyə başlayacaq".