BAKI, 3 mart. TELEQRAF
İranda yeni rəhbərliyin formalaşması böhranın həlli üçün fürsət pəncərəsi aça bilər.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan TRT Haber televiziya kanalında bildirib.
"Düşünürəm ki, yeni rəhbərlik müharibəyə son qoymaq üçün bir şans ola bilər. Hazırda yeni administrasiya müvəqqəti üçlük tərəfindən idarə olunur. Yeni lider seçilməzdən əvvəl onların qərar qəbuletmə mexanizmi müharibəyə son qoymaq üçün fürsət pəncərəsi aça bilər", - deyə Fidan bildirib.