BAKI, 3 mart. TELEQRAF

İran-ABŞ-İsrail qarşıdurmasının Türkiyəyə mənfi təsirləri dövlət qurumları arasında müzakirə edilib.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik məsələləri ilə bağlı atılan addımlar barədə Prezidentə hər saat məlumat verilir:

“Dövlət və hökumət olaraq belə proseslərə sistemli şəkildə yanaşırıq. Bu, əslində böhranlı vəziyyətin idarəedilməsidir”.

İranın qonşu ölkələrə hücumu barədə danışan H.Fidan əlavə edib ki, hücuma məruz qalan Tehran gərginliyin digər ölkələrdə də olmasında maraqlıdır: "İranın hücum etdiyi enerji ölkələri dünya iqtisadiyyatı üçün önəmlidir, İran da bunu bilir. Enerji təhlükəsizliyinə təhdid yaratmaq İranın təzyiq metodur".