BAKI, 3 mart. TELEQRAF

İranda ABŞ və İsrailin hücumları nəticəsində ölənlərin sayı 700 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

"Son dörd gün ərzində ABŞ ordusu və sionist rejimi əhali arasında qorxu və panika yaratmaq məqsədilə məktəb, xəstəxana, stadion, restoran və şadlıq evlərinə hücumlar həyata keçirib. Nəticədə 700-dən çox günahsız İran vətəndaşı həlak olub və mindən çox insan yaralanıb. Onlar bilməlidirlər ki, bu cinayətlərin və günahsız insanların qətllərinin heç biri cavabsız qalmayacaq. ABŞ-yə və İsrailə qarşı müharibə daha inkişaf etmiş səviyyədə davam edəcək", - deyə SEPAH bəyan edib.