BAKI, 3 mart. TELEQRAF

Almaniya kansleri Fridrix Merz İrandakı hakim rejimin devrilməsi məsələsində ABŞ ilə həmrəy olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Merz Ağ Evin Oval Ofisində ABŞ Prezidenti Donald Trampla görüşündə Amerika ilə eyni cəbhədə olduğunu deyib: "Biz Tehrandakı bu dəhşətli rejimin devrilməsi barədə fikirlərimizdə yekdilik".

Merz İrana hücumun Almaniya hakimiyyətini dilemma ilə üzləşdirdiyini etiraf edib.