BAKI, 3 mart. TELEQRAF
Aerikanın hava hücumları nəticəsində İran donanmasını, hava qüvvələrini və hava hücumundan müdafiə sistemini itirib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Onların donanması yoxdur, məhv edilib. Onların hava qüvvələri yoxdur, məhv edilib. Onların havadan müdafiə sistemləri yoxdur, onlar da sıradan çıxarılıb. Onların radarları sıradan çıxarılıb, demək olar ki, hər şey məhv edilib", - deyə Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Merzlə görüşdə bildirib.