İsrailin Baş naziri Binyamin Netanyahu ordunun Hizbullah şiə hərəkatına qarşı hücumları gücləndirəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

İsrailin Baş naziri Hərbi Hava Qüvvələrinin Palmaxim Hava Bazasına səfəri zamanı bildirib ki, Hizbullah İsrailə hücum edərkən ciddi bir səhvə yol verib: "Biz artıq onlara cavab vermişik. Qarşıdakı günlərdə daha güclü zərbələr endirəcəyik".