BAKI, 3 mart. TELEQRAF
Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdəki vəziyyətlə əlaqədar üzv hökumətlərin fövqəladə iclasını keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Agentliyin direktoru Fatih Birol bildirib.
"Yaxın Şərqdəki hadisələr və onların enerji təhlükəsizliyinə təsirləri fonunda neft və qaz bazarındakı vəziyyəti müzakirə etmək üçün bu gün BEA üzv hökumətlərinin fövqəladə iclasını çağırdım", - deyə o qeyd edib.