BAKI, 2 mart. TELEQRAF
İranın Hayfa şəhərinə zərbələri nəticəsində azı 40 nəfər həlak olub, təxminən 60 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın elit hərbi qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Bundan əvvəl İranın dövlət teleradio şirkəti Hayfa və İsrailin şimal bölgələrinə yeni raket zərbələri endirildiyini xəbər vermişdi.