BAKI, 2 mart. TELEQRAF

Avropa İttifaqı İranın nüvə və raket proqramları ilə bağlı əlavə sanksiyaların tətbiqini istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas birlik ölkələri adından yaydığı bəyanatda bildirib.

Sənəddə qeyd olunur ki, Avropa İttifaqı öz təhlükəsizlik və maraqlarını qorumaqda davam edəcək. Aİ İranı nüvə proqramını dayandırmağa və ballistik raket proqramını məhdudlaşdırmağa çağırır.

Eyni zamanda, Brüssel ABŞ və İsrailin İrana qarşı hücumlarından sonra kəskinləşən Yaxın Şərqdə vəziyyətin deeskalasiyasına da çağırış edib.