BAKI, 1 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyat qrafiki qabaqlayaraq davam edir və proses son dərəcə müsbət istiqamətdə inkişaf edir.
Teleqraf xəbər verir ki, bu barədə o "Fox News"a müsahibəsində danışıb.
Onun sözlərinə görə, əməliyyat planlaşdırılandan daha sürətlə irəliləyir. Tramp həmçinin iddia edib ki, bir zərbə nəticəsində 48 iranlı rəhbər şəxs zərərsizləşdirilib.
ABŞ lideri Hörmüz boğazı vasitəsilə neft tranzitində mümkün fasilələrdən narahat olmadığını da qeyd edib.