BAKI, 2 mart. TELEQRAF
İran Bəhreyn Krallığında yerləşən Salman limanına zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində liman ərazisində yanğın baş verib. Hadisənin detalları və mümkün itkilər barədə hələlik əlavə məlumat açıqlanmayıb.