BAKI, 1 mart. TELEQRAF

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın qohumları onun ölməsi barədə yayılan xəbərləri təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə "Khabar-e fouri" agentliyi məlumat yayıb.

Məlumata görə, Əhmədinejadın yaxınları yayılan məlumatları tamamilə əsassız adlandırıblar.

Daha əvvəl İranın sabiq prezidentin İsrail və ABŞ-nin Tehrana endirdiyi zərbələr zamanı həlak olması barədə xəbər dərc olunmuşdu.

***

17:29

İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədinejad İsrail ordusunun həyata keçirdiyi hava zərbələri nəticəsində həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV-lər məlumat yayıb.

Bildirilib ki, keçmiş dövlət başçısının hücum zamanı öldürüldüyü barədə yayılan ilkin məlumatlar artıq öz təsdiqini tapıb.