BAKI, 2 mart. TELEQRAF

Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurası İranı dərhal region ölkələrinə qarşı hücumları dayandırmağa çağırıb.

Teleqraf xəbər verir ki, Şuranın fövqəladə iclasının yekunlarına dair qəbul edilən bəyannamədə İranın Körfəz ölkələrinə və mülki infrastruktur obyektlərinə zərbələrinin əsassız olduğu vurğulanıb.

Sənəddə bildirilir ki, üzv dövlətlər öz ərazilərinin İrana qarşı hücum üçün istifadə olunmayacağını dəfələrlə bəyan etsələr də, Tehran hücumları davam etdirir.

Bəyanatda qeyd olunub ki, regionda sülh və təhlükəsizliyin bərpası üçün İran zərbələri dərhal dayandırmalıdır. Şura ölkələri, eyni zamanda, öz təhlükəsizliklərini qorumaq üçün mümkün cavab tədbirlərini də istisna etmədiklərini açıqlayıblar.