BAKI, 1 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İranda genişmiqyaslı quru əməliyyatı keçirmək planı yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə CBS News telekanalına müsahibəsində ABŞ Konqresi Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Tom Kottun bildirib.

Onun sözlərinə görə, əsas hərbi əməliyyatlar dənizdə və havada aparılacaq. Kottun qeyd edib ki, belə kampaniyanın risklərindən biri təyyarələrin vurulması ehtimalıdır və bu halda ABŞ regionda axtarış-xilasetmə qüvvələrini hazır vəziyyətdə saxlayır.

Senator vurğulayıb ki, fövqəladə hallar istisna olmaqla, prezidentin İranda genişmiqyaslı quru qoşunları yerləşdirmək planı yoxdur. Onun sözlərinə görə, yaxın günlər və həftələr üçün ABŞ-nin prioriteti İranın raket potensialının məhv edilməsidir.