BAKI, 1 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri ayətullah Əli Xameneinin ölümü ilə bağlı yayılan məlumatları həqiqətəuyğun hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə NBC News telekanalına müsahibəsində danışıb.

“Biz hesab edirik ki, bu, etibarlı məlumatdır”, - deyə Ağ Ev rəhbəri məsələni şərh edərkən vurğulayıb.

Bununla yanaşı, Tramp Xameneinin ehtimal olunan ölümündən sonra İrana kimin rəhbərlik edəcəyini bilmədiyini qeyd edib.

“Amma gec-tez onlar mənə müraciət edib soruşacaqlar ki, kim mənim xoşuma gəlir”, - deyə ABŞ lideri bildirib və bu sözləri qismən istehza ilə söylədiyini əlavə edib.

Qeyd edək ki, rəsmi Tehran tərəfindən Xameneinin ölümü ilə bağlı hələlik açıqlama verilməyib.