BAKI, 1 mart. TELEQRAF
"United Airlines" Yaxın Şərqdə hava məkanının bağlanması ilə əlaqədar Dubay və Təl-Əviv istiqamətində uçuşları müvəqqəti dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ABŞ-dən Təl-Əvivə və əks istiqamətdə olan reyslər 6 martadək, Dubaya uçuşlar isə 4 martadək ləğv edilib. Qərarın regionda hava məkanının bağlanması ilə bağlı olduğu vurğulanıb.
Şirkət həmçinin qeyd edib ki, Yaxın Şərqə doğru hərəkətdə olan bir neçə təyyarə ABŞ-yə geri qaytarılıb və ya alternativ hava limanlarına yönləndirilib.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başlayıb.