BAKI, 28 fevral. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin ölkəsinə qarşı başlatdığı hərbi əməliyyatları qeyri-qanuni və legitimlikdən kənar adlandırıb.
Teleqraf xəbər verir ki, o, İran silahlı qüvvələrinin hücumlara layiqli dərsi verəcəyini bəyan edib.
O, ABŞ Prezidenti Donald Trampın xarici siyasətini kəskin tənqid edərək vurğulayıb: "Tramp "öncə Amerika" şüarını "öncə İsrail"ə çevirdi ki, bu da hər zaman Amerika sonuncu deməkdi".
Xatırladaq ki, bu gün səhər saatlarında ABŞ Prezidenti Donald Tramp İsrail ilə koordinasiyalı şəkildə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların başladığını elan edib. Artıq İranın hərbi obyektlərinə və raket sənayesi infrastrukturuna silsilə zərbələr endirildiyi bildirilir.