BAKI, 27 fevral. TELEQRAF

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elan edilən "Təməl" memarlıq müsabiqəsinin qalibləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, müsabiqə barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, münsiflər heyətinin sədri İlqar İsbatovun sözlərinə görə, müsabiqə zamanı 245 layihə nəzərdən keçirilib. Onlardan 82-si münsiflərin müzakirəsinə təqdim olunub. 6 nominasiya üzrə qaliblər müəyyənləşdirilib, 9 nominasiya üzrə isə ikinci dərəcəli diplomlar təqdim edilib.

İ.İsbatov bildirib ki, bir çox layihə qrupları müsabiqədə müştərək iştirak ediblər:

“Qrupların tərkibində həm yerli, həm də beynəlxalq memarlar yer alıblar. Təqdim olunan layihələr əsasən yaşayış binaları və yaşayış komplekslərinin, ictimai binaların nəqliyyat və sənaye obyektləri, mədəniyyət və dini abidələr üzrə layihələr də yer alıb”.