BAKI, 27 fevral. TELEQRAF

Avropa İttifaqı (Aİ) hakimiyyəti Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin təyyarəsinin Moskvaya qayıtmasına maneələr yaradır.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a aviadispetçer dairələrindəki mənbə məlumat verib.

Məlumata görə, K.Dmitriyevin təyyarəsi bu gün Cenevrədən uçmalı olsa da, Aİ üzərindən uçuş icazəsi ilə bağlı problemlər yaranıb:

"Avropalılar prosesi ləngidirlər. Bütün rəsmi prosedurlar razılaşdırılarsa, uçuş böyük ehtimalla sabaha təxirə salınacaq",- mənbə qeyd edib.

Xatırladaq ki, fevralın 26-da Cenevrəyə K. Dmitriyev rəhbəri burada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında keçirilən ikitərəfli danışıqlar fonunda iqtisadi məsələlər üzrə müzakirələr aparıb. K.Dmitriyev ötən axşam tərəflər arasında diskusiyaların baş tutduğu məkana gəlib və iki saatdan sonra oradan ayrılıb. O, görüşün nəticələri ilə bağlı şərh verməkdən imtina edib.