BAKI, 27 fevral. TELEQRAF

“Bu günədək ölkəmizin 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub, qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Təməl” mükafatlandırma mərasimində çıxış edən
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətov deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur regionunda yerləşən 12 şəhərdən 8-nin Baş planı artıq təsdiqlənib:

“Təsdiq olunan hər bir Baş plan, tətbiq edilən hər bir innovativ alət və reallaşdırılan hər bir layihə gələcək nəsillər üçün daha təhlükəsiz, rahat və insanmərkəzli yaşayış mühitinin möhkəm təməlini qoyub”.

N.Hümmətov vurğulayıb ki, 2025-ci il bu strategiyanın real nəticələrlə zəngin olduğu bir il kimi yadda qaldı:

“İl ərzində 7 Baş plan daxil, habelə 363 şəhərsalma əsaslandırılması təsdiq olunub. Göytəpə, Laçın, Qovlar, Qubadlı, Liman, Astara və Xudat şəhərlərinin Qarabağ və Şərqi Zəngəzurda 18 yaşayış məntəqəsi üzrə ərazisənədləri təsdiqlənib, Gəncənin Baş planı son mərhələyə çatdırılıb və təsdiq olunması üçün bu il artıq Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ümumi planı və digər şəhərlərin Baş planları üzərində işlər ardıcıl şəkildə aparılır”.