BAKI, 27 fevral. TELEQRAF
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın son görüntüsü ictimaiyyətə təqdim olunub.
Teleqraf xəbər verir ki, uzun müddətdir gündəmdə olmayan terror başçısının yeni kadrları sosial şəbəkələr və Türkiyənin media resurslarında paylaşılıb.
Foto ilə yanaşı, PKK liderinin tezliklə növbəti bəyanatının detallarının da ictimaiyyətə elan ediləcəyi bildirilib.
