BAKI, 27 fevral. TELEQRAF
ABŞ nümayəndə heyəti Cenevrədə İranla keçirilən dolayı danışıqların üçüncü raundunun nəticələrini müsbət hesab edib.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, yüksək vəzifəli amerikalı məmur bildirib ki, Cenevrədə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar müsbət keçib. Ravid bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Jurnalist daha əvvəl mənbəyə istinadla xəbər vermişdi ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və iş adamı Cared Kuşner danışıqların səhər sessiyasında İran nümayəndə heyətinin bəyanatlarından narazı qalıblar.