BAKI, 14 fevral. TELEQRAF

SUMQAYIT, 14 fevral. TELEQRAF

Sumqayıt şəhərində müxtəlif ünvanlarda hamam otağında baş verən dəm qazı zəhərlənməsi halları nəticəsində dörd nəfər xəstəxanaya yerləşdirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 49-cu məhəlləsində yerləşən fərdi evdə yaşayan, 2013-cü il təvəllüdlü Hüseynov Nurlan Faiq oğlu hamamda dəm qazından zəhərlənərək Sumqayıt şəhər Uşaq xəstəxanasına çatdırılıb.

Digər hadisə Şəhərin 2-ci mikrorayonunda isə 2003-cü il təvəllüdlü Babayeva Jalə Elxan qızı, eləcə də 1984-cü il təvəllüdlü Hünbətov Anar Hünbət oğlu hamam otağında dəm qazından zəhərləniblər. Hər iki şəxs Sumqayıt şəhər Travmatologiya xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Daha bir hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Abışova Aytac Kamal qızı hamamda dəm qazından zəhərlənərək Travmatologiya xəstəxanasına aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktlarla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.