BAKI, 14 fevral. TELEQRAF
Kubanın paytaxtı Havanada yerləşən “Nico Lopez” neft emalı zavodunun anbarında yanğın baş verib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Energetika və Dağ-Mədən Sənayesi Nazirliyi məlumat yayıb.
Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir ki, yanğın zavod ərazisindəki anbarlardan birində günorta saatlarında baş verib və yerli yanğınsöndürənlər tərəfindən nəzarət altına alınıb.
Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.