BAKI, 14 fevral. TELEQRAF

Rusiya, Çin və İranın daimi nümayəndələri Vyanada Tehranın nüvə proqramı ilə bağlı üçtərəfli görüş keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

O, özünün X mikrobloqunda yazıb: "Çin, İran və Rusiyanın daimi nümayəndəlikləri İranın nüvə proqramı ilə bağlı məsələlər üzrə növbəti məsləhətləşmələr keçiriblər".