BAKI, 13 fevral. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Münxendə Ukrayna münaqişəsi ilə bağlı Avropa liderlərinin görüşünə qatılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi "Financial Times" qəzetinə bildirib.

Mənbənin sözlərinə görə, bu, diplomatın sıx iş qrafiki ilə bağlı olub.

13 fevral günortadan sonra keçirilən görüşdə Almaniya, Polşa, Finlandiya liderləri və Avropa Komissiyasının rəhbəri iştirak edib.